Son dəqiqə

Rəcəb Tayyib Ərdoğan İbrahim Kalın Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Vyetnam

Ərdoğan Vyetnam nümayəndə heyəti ilə parlamentlərarası əməkdaşlıq imkanlarını dəyərləndirib

BAKI,TurkicWorld, Nailə Babazadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vyetnam Milli Assambleyasının sədri Tran Than Man və rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

TurkicWorld xəbər verir ki, Prezidentin Dolmabahçe ofisində baş tutan qəbulda Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç və Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Burhanettin Duran da iştirak ediblər.

Görüşdə iki ölkə arasındakı parlamentlərarası əlaqələr və ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Mövzuya görə xəbərlər