BAKI,TurkicWorld, Nailə Babazadə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabında etdiyi paylaşımda CHP rəhbərliyini kəskin tənqid edib.
TurkicWorld xəbər verir ki, Ərdoğan bildirib ki, CHP sədri həqiqətən millətə və qadınlara fayda vermək istəyirsə, nazirlik adları ilə uğraşmağı dayandırıb partiyasını "xərçəng hüceyrəsi kimi saran" korrupsiya, rüşvət və taciz skandalları ilə məşğul olmalıdır. Prezident qeyd edib ki, əgər CHP sədri yeni bir struktur qurmaq istəyirsə, təcili olaraq partiya daxilində "korrupsiyadan təmizlənmə şöbəsi" yaratmalıdır.
Ərdoğan həmçinin vurğulayıb ki, Qazi Mustafa Kamalın qurduğu partiya olmaqla öyünən CHP-nin hazırkı rəhbərlik altında düşdüyü bu acınacaqlı vəziyyət ölkə siyasəti adına üzüntü doğurur. O, Türkiyə demokratiyasının gələcəkdə daha yetkin və vizyon sahibi bir ana müxalifətə qovuşacağına inandığını ifadə edib.







