Son dəqiqə

Business Ready hesabatı və Azərbaycanın əmək bazarı: Onlayn iclas keçirilib Rəşad Mustafayev: İşçi qüvvəsi indikatoru üzrə islahatlar davam edir Bakıda əmək qanunvericiliyinin təkmilləşdirilməsi müzakirə olunub İşçi qrupunun toplantısı: 2025-ci ilin nəticələri və gələcək hədəflər Dünya Bankının yeni hesabatı: Azərbaycanın əmək bazarı göstəriciləri Aktiv əmək bazarı proqramları genişlənir: Rəsmi müzakirələr

"Əmək bazarı" işçi qrupunun iclasında "Business Ready" hesabatı üzrə görülən işlər müzakirə olunub

BAKI, TurkicWorld

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərlik etdiyi “Əmək bazarı” işçi qrupu onlayn formatda növbəti iclasını keçirib.

TurkicWorld xəbər verir ki, iclasda işçi qrupunun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, Komissiyanın Katibliyinin rəhbəri, Prezident Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev, işçi qrupunda təmsil olunan hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri iştirak ediblər.

Görüşdə Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru üzrə 2025-ci ildə ölkəmizdə görülən işlərin nəticələrinə dair təqdimat nümayiş etdirilib.

Əmək qanunvericiliyinin təkmilləşdirilməsi, aktiv əmək bazarı proqramlarının genişləndirilməsi, işçi qüvvəsinin bacarıqlarının artırılması sahələrində atılan addımlar, əldə olunan nəticələrdən bəhs olunub. Ölkəmizin göstəricilərinin növbəti illərdə daha da yaxşılaşdırılması istiqamətində təkliflər müzakirə edilib.