Son dəqiqə

Türkiyə ABŞ İsrail İran hücumu İran-İsrail qarşıdurması İran-İsrail gərginliyi İsrail-İran atəşkəsi İsrail-İran münaqişəsi ABŞ və İsrailin İran gərginliyi İsrailin ABŞ-yə İran hücumu təzyioqi İran mənşəli kiberhücumlar İsraildə siyasi gərginliyi artırır İran–İsrail gərginliyi fonunda edam xəbəri İran-İsrail gerilimi yeniden tırmanıyor İran ordusu ABŞ və İsrailə sərt mesaj verdi İran-İsrail müharibəsi İsrail–ABŞ görüşü: İran mövzusu əsas gündəmdə ABŞ və İsrail İran danışıqlarını dəyərləndirir İran görüşmeleri İsrail-ABD gündeminde İran–İsrail gerilimi tırmanıyor

Türkiyədə ABŞ hərbi bazasının vurulması ilə bağlı iddialar təkzib edildi

BAKI, TurkicWorld, Nailə Babazadə

"Türkiyədə yerləşən bir Amerika hərbi bazasının vurulduğu" barədəki xəbərlər həqiqəti əks etdirmir.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Prezident administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin (DMM) verdiyi açıqlamada bildirilib.

"Bəzi sosial media hesablarında paylaşılan "Türkiyədə yerləşən bir Amerika hərbi bazasının vurulduğu" yönündəki iddialar həqiqəti əks etdirmir.

Türkiyədə hər hansı bir ölkəyə məxsus hərbi baza yoxdur. Türkiyə Respublikasının hava, quru və dəniz sahəsi ilə hərbi obyektləri tamamilə öz suverenliyi və nəzarəti altındadır. Ölkəmizə qarşı hər hansı bir hücum baş vermədiyi kimi, Türkiyəni regional münaqişələrin tərəfi kimi göstərməyə yönəlmiş paylaşımlar açıq bir dezinformasiya cəhdidir." - deyə açıqlamada qeyd edilib.

Açıqlamada həmçinin qeyd olunub ki, ölkə ərazisinə qarşı hər hansı bir hücum baş verməyib. Bu cür paylaşımların Türkiyəni regional münaqişələrin tərəfi kimi göstərməyə xidmət edən açıq bir dezinformasiya cəhdi olduğu bildirilib.

Sonda ictimaiyyətə müraciət edilərək qeyd olunub: "Türkiyənin müdafiə və təhlükəsizlik strukturu bütün bölmələri ilə vəzifə başındadır. Proseslər aidiyyatı qurumlar tərəfindən anlıq olaraq izlənilir. Vətəndaşlarımızdan əsassız iddialara etibar etməmələri və yalnız rəsmi makamların açıqlamalarını nəzərə almaları xahiş olunur".

Xatırladaq ki, Tehran və Vaşinqton administrasiyaları arasında danışıqlar davam edərkən, İsrail və ABŞ 28 fevralda İrana qarşı hərbi hücuma başlayıb.

İran da buna cavab olaraq İsraillə yanaşı, ABŞ bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn başda olmaqla bəzi region ölkələrində müəyyən etdiyi hədəflərə zərbələr endirib.

ABŞ və İsrailin hücumları nəticəsində İran lideri Ayətullah Əli Xamenei ilə yanaşı, çox sayda yüksək rütbəli rəsmi həyatını itirib.

Mövzuya görə xəbərlər