Bakı,TurkicWorld
Türkiyənin Mİlli Müdafiə Naziri (MSB) Yaşar Güler və Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri İbrahim Kalın Malayziyaya rəsmi səfər ediblər.
TurkicWorld xəbər verir ki, bu barədə nazirliyin X sosial media hesabından məlumat verilib.
Güler Kalın ilə birlikdə Malayziya Baş nazirliyinin Rəsmi İqamətgahına gedib.
Burada Malayziyanın müdafiə naziri Dato Seri Mohamed Khaled Nordin tərəfindən qarşılanan Yaşar Gülər və MİT sədri İbrahim Kalın daha sonra Malayziyanın baş naziri cənab Enver İbrahim ilə də görüşüb.