Bakı, TurkicWorld
Qəzza üzrə danışıqların növbəti mərhələsi avqustun 15-də Qətərdə baş tutacaq.
TurkicWorld xarici KİV-lərə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahunun Ofisinin müşaviri Dmitri Gendelman deyib.
Onun sözlərinə görə, İsrailin nümayəndə heyətinə MOSSAD-ın direktoru David Barnea başçılıq edəcək.
Qeyd edək ki, ötən il noyabrın sonunda Misir və Qətərin vasitəçiliyi ilə bir həftə davam edən humanitar atəşkəs nəticəsində 100-dən çox girov İsrail tərəfinə təhvil verilib.
Son məlumata görə, Fələstin silahlıları 115 nəfəri Qəzzada girovluqda saxlayır.