Bakı, TurkicWorld
Avropa İttifaqı Rusiyaya qarşı 16-cı sanskiyalar paketinə Rusiyaya aid sıxılmış təbii qazdan (STQ) tədricən imtina etməyi, həmçinin, RF-dən alüminium idxalına qadağanın qoyulmasını nəzərdən keçirir.
TurkicWorld xəbər verir ki, bu barədə "Bloomberg" öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata əsasən, alüminiumun idxalına qoyulacaq məhdudiyyətlərin "müvəqqəti müddətləri və miqyasları" hələlik müəyyən edilməyib. Həmçinin, Rusiya STQ-dən tədrici imtinanın hansı formatda elan ediləcəyi də bəlli deyil.
Bu ölçü "ya sanksiya, ya da yol xəritəsinin bir hissəsi" şəklində rəsmiləşəcək və Avrokomissiyanın onu artıq gələn ay ictimaiyyətə təqdim edəcəyi gözlənilir.
"Bloomberg"in yazdığına görə, bu "daha sərt" sanksiyaların qəbulu üçün bütün üzv-dövlətlərin (Avropa İttifaqının) yekdil razılığı tələb olunacaq.