Son dəqiqə

Rusiya Ukrayna Koreya

Şimali Koreya əsgərləri əsir düşməmək üçün intihar edir - Seul

Bakı,TurkicWorld

Rusiya-Ukrayna müharibəsində 300-ə yaxın Şimali Koreya əsgərinin həlak olduğu, 2700-dən çoxunun isə yaralandığı bildirilib.

TurkicWorld xəbər verir ki, bu məlumatı Cənubi Koreyanın Milli Kəşfiyyat Xidmətinin (NIS) brifinqindən sonra Cənubi Koreya deputatı Li Seung-kwan mətbuatla paylaşıb.

Seuldan verilən məlumatlara görə, Şimali Koreya hakimiyyəti müharibə zamanı əsgərlərindən əsir düşməmək üçün özlərini partlatmaqla intihar etməyi tələb edir.

Milli Kəşfiyyat Xidməti qeyd edib ki, əsir götürülən Şimali Koreya əsgərləri Cənubi Koreyaya sığınmaq üçün müraciət etməyib. Lakin Cənubi Koreya hökuməti xahiş edərsə, bu məsələdə Ukrayna ilə əməkdaşlıq etmək mümkün ola bilər.

Seulun fikrincə, Şimali Koreya qüvvələrinin Ukraynada iştirakı ilə bağlı vəziyyət getdikcə daha kritik hala gəlir və bu, Cənubi Koreyanın milli təhlükəsizlik maraqlarına da təsir göstərə bilər.

Mövzuya görə xəbərlər