Bakı,TurkicWorld
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərin əmiri Əl Sani ilə görüşüb
TurkicWorld xəbər verir ki, Ərdoğan Ankarada Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Sani ilə görüşüb
Ərdoğan onu Prezident Külliyesində qəbul edib.
Liderlərin görüşünün əsas gündəmi Yaxın Şərqdəki hadisələr olacaq. İsrailin Fələstinə və Livana olan hücumları və Tehran-Təl-Əviv xəttində artan gərginlik müzakirə olunacaq.
Netanyahu hökumətini atəşkəsə məcbur etmək və fələstinlilərə humanitar yardım çatdırmaq üçün atılacaq birgə addımlar müzakirə olunacaq.
Ərdoğan-Al Sani görüşündə Türkiyə ilə Qətər arasındakı yüksək səviyyəli əlaqələr də dəyərləndiriləcək.
Ötən il 1, 3 milyard dollar olan ikitərəfli ticarət həcminin daha da qabağa aparılması və qarşılıqlı investisiyaların artırılması istiqamətində fikir mübadiləsi aparılacaq.