Bakı, TurkicWorld
Qəzzada daimi atəşkəsə nail olmaq üçün göstərilən səyləri yüksək qiymətləndiririk.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayımlayıb.
“Biz Qəzzada daimi atəşkəsə nail olmaq üçün ABŞ, Qətər və Misirin vasitəçiliyi ilə göstərilən səyləri yüksək qiymətləndiririk. Biz sözügedən ölkələrin liderlərinin bu gün verdiyi bəyanatda qeyd olunan məsələlərin həyata keçirilməsini dəstəkləyirik.” – deyə bəyanatda qeyd edilib.
Açıqlamada, BMT Təhlükəsizlik Şurasının 2735 saylı qətnaməsində yer alan üç mərhələli planın sülh üçün münasib əsas təşkil etdiyi bildirilib.
“Fələstinlilərin atəşkəslə bağlı konstruktiv münasibəti İsrail tərəfindən də nümayiş etdirilməlidir.” – deyə bəyanatda qeyd edilib.
Xatırladaq ki, ABŞ, Misir və Qətər tərəfindən dərc edilən birgə bəyanatda İsrail və HƏMAS-ı Qəzzada atəşkəs və məhbus mübadiləsi üçün avqustun 15-də Qahirədə və ya Dohada danışıqlara yenidən başlamağa çağırıb.
Hafiz Rufizoğlu