Bakı. TurkicWorld:
Türkiyənin ticarət naziri Ömər Bolat ABŞ-ın işgüzar dairələrini Türkiyəyə sərmayə qoymağa çağırıb.
TurkicWorld xəbər verir ki, nazir Bolat bu barədə Türkiyənin ev sahibliyi etdiyi "Trade Winds Europe/Eurasia" forumunda çıxışı zamanı bildirib.
"İkinci dəfə Türkiyənin bu tədbirə ev sahibi kimi seçilməsi açıq şəkildə göstərir ki, ABŞ hökuməti və şirkətləri Türkiyənin Amerika şirkətləri və sərmayəçiləri üçün əhəmiyyətinin fərqindədirlər. Bu vəziyyət Türkiyənin beynəlxalq ticarətdən qazanc əldə edəcəyini göstərir. Bu, həm də Türkiyə və ABŞ hökumətlərinin ikitərəfli ticarət və qarşılıqlı investisiyaların artırılmasında birgə işləmək və irəliləmək əzminin bir daha sübutudur", - deyə o vurğulayıb.
Qeyd edək ki, 2008-ci ildə İstanbulda “Trade Winds” proqramı keçirilərkən iki ölkə arasında 16 milyard dollar olan ticarət həcmi 2023-cü ildə 110 faiz artaraq 33,5 milyard dollara çatıb.