Son dəqiqə

ABŞ Gürcüstan

ABŞ Gürcüstana qarşı sanksiyaların tətbiq olunması üçün şərti açıqlayıb

Bakı. TurkicWorld:

Gürcüstanda demokratiya pozulacağı təqdirdə ABŞ Gürcüstan rəhbərliyinə qarşı şəxsi sanksiyalar tətbiq edəcək.

TurkicWorld-un məlumatına görə, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen Tbilisidə mətbuat konfransında deyib.

"Əgər [xarici agentlər haqqında] qanun Avropa İttifaqı normaları ilə əlaqələndirilmədən irəliləsə və demokratiyaya zərbə vurularsa, eləcə də dinc nümayişçilərə qarşı zorakılıq olarsa, ABŞ-dan məhdudiyyətlər gələcək. Məsul şəxslər və onların ailələri üçün maliyyə və səyahət məhdudiyyətləri olacaq", - deyə o bildirib.

Mövzuya görə xəbərlər