Son dəqiqə

Tailand Kamboca ASEAN Natthaphon Nakphanit

Tailand və Kamboca arasında atəşkəs bu gündən qüvvəyə minir

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Tailand və Kamboca arasında atəşkəs rejimi dekabrın 27-də yerli vaxtla 12:00-da qüvvəyə minəcək.

TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tailandın müdafiə naziri Natthaphon Nakphanit jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

“Bütün təmas xətti boyunca atəşkəs rejimi bu gün 12:00-dan etibarən qüvvəyə minəcək”,- deyə krallığın hərbi komandanlığının rəhbəri qeyd edib.

xxx

08:13

Tailand və Kamboca arasında atəşkəs barədə sənəd imzalanıb.

TurkicWorld xəbər verir ki, sənəd ortaq sərhəd komitəsinin 3-cü xüsusi görüşünün yekununda təsdiqlənib.

Görüş Tailandın Çanthaburi və Kambocanın Pailin əyalətləri arasındakı sərhəd-keçid məntəqəsində baş tutub. Kamboca heyətinə Baş nazirin müavini və milli müdafiə naziri Tea Seiha, Tailand heyətinə isə müdafiə naziri Nattaphon Narkphanit rəhbərlik edib. Görüşdə ASEAN müşahidə qrupu iştirak edib.

Qeyd olunur ki, dekabrın 7-də Tailand-Kamboca sərhədində silahlı toqquşmalar başlayıb. Hər iki tərəfdən həm hərbçilər, həm də mülki şəxslər arasında ölən və yaralananlar olub. Sərhədboyu ərazilərdən 100 minlərlə sakin təxliyə edilib.

Mövzuya görə xəbərlər