BAKI,TurkicWorld
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı keçirilir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, iki gün davam edəcək konfrans çərçivəsində panel müzakirələrin keçirilməsi və bir sıra sənədlərin imzalanması nəzərdə tutulub.
Tədbir çərçivəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə ASEAN Regional Minatəmizləmə Mərkəzi arasında Anlaşma Memorandumunun imzalanma mərasimi baş tutacaq.
Xəbər yenilənəcək






