Son dəqiqə

silahlı insident Tailand Tailandda uşaq bağçasında silahlı insident – Ölən var

Tailandda uşaq bağçasında silahlı insident – Ölən var

BAKI,TurkicWorld

Tailandda Pattaya şəhərinin şimal ətrafında yerləşən uşaq bağçasının ərazisində baş verən atışma nəticəsində bir nəfər həlak olub.

Bu barədə "The Nation" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, hadisə nəticəsində həlak olan şəxs bağçanın tərbiyəçisi olub. Binada olan 44 uşağın hamısı operativ şəkildə təxliyə edilib və xəsarət almayıb.

İlkin məlumatlara görə, qətldə şübhəli bilinən şəxs həlak olan qadının həyat yoldaşıdır. Atışmadan sonra o, yerli yaşayış massivlərindən birindəki evində gizlənib. Hazırda polis binanı mühasirəyə alıb və onun hakimiyyət orqanlarına təslim olması ilə bağlı danışıqlar aparır. İstintaq cinayətin motivlərini müəyyənləşdirir.

Mövzuya görə xəbərlər