Son dəqiqə

Sloveniya Qətər

Qətər-Sloveniya arasında saziş imzalanıb

Bakı. TurkicWorld:

Qətər-Sloveniya arasında diplomatik və xüsusi pasport sahiblərinin ölkəyə giriş vizasından azad edilməsi ilə bağlı saziş imzalanıb.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Qətər xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani Dohada Sloveniyanın baş nazirinin müavini, xarici və Avropa işləri naziri Tanja Fajon ilə görüşüb.

Görüş zamanı tərəflər iki ölkə arasındakı əlaqələri və onların dəstəklənməsi və inkişaf etdirilməsi yollarını, həmçinin qarşılıqlı maraq doğuran bir sıra regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Görüşdən sonra iki ölkə arasında diplomatik və xüsusi pasport sahiblərinin ölkəyə giriş vizasından azad edilməsi ilə bağlı saziş imzalanıb.

Məlumat üçün qeyd edək ki, müqaviləni Qətər adından baş nazir, Sloveniya adından isə Sloveniyanın baş nazirinin müavini imzalayıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər