Bakı, TurkicWorld
Qətər Dəməşqin Suriyadakı səfirliyini yenidən açmağa qərar verdiklərini açıqlayıb.
TurkicWorld xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd Əl-Ənsari lazımi hazırlıqlar tamamlandıqdan sonra Dəməşqdəki səfirlik binasını tezliklə açacaqlarını bildirib.
Bunun iki ölkə və iki qardaş xalq arasında yaxın tarixi qardaşlıq əlaqələrinin gücləndirilməsi mənasında qəbul edilmiş bir qərar olduğunu bildirən Ənsari, qərarın Qətər Dövlətinin də qardaş Suriya xalqına sarsılmaz dəstəyini əks etdirdiyini vurğuladı.
Ənsari həmçinin bildirib ki, səfirliyin yenidən açılması ilə Qətərin hazırda hava körpüsü ilə Suriya xalqına təmin etdiyi humanitar yardım axınını asanlaşdırmaq üçün müvafiq orqanlarla koordinasiya artacaq.