Bakı, TurkicWorld
Bələdiyyə büdcəsinin gəlirləri və xərcləri bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində əks olunacaq.
TurkicWorld xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" qanuna dəyişikliyi təsdiqləyib.
Belə ki, bələdiyyə büdcəsinin xərcləri həmin informasiya sistemi vasitəsilə həyata keçirilir və müvafiq ödənişlər ödəniş xidməti təchizatçıları vasitəsilə təmin ediləcək.
Dövlət başçısı müvafiq qanunun icrası ilə bağlı bəzi fərmanlara dəyişiklik edilməsi barədə Fərman imzalayıb.