Bakı,TurkicWorld
Əsəd rejimi tərəfindən təxirə salınan “Qətər-Türkiyə Təbii Qaz Boru Kəməri” Suriyada siyasi sabitliyin yaradılması ilə yenidən gündəmə gəlib.
TurkicWorld xəbər verir ki, Suriyada 61 illik BAAS rejiminin devrilməsindən sonra 2009-cu ildə dayandırılan "Qətər-Türkiyə Təbii Qaz Boru Kəməri" yenidən gündəmə gəlib.
SETA Vəqfi araşdırmaçısı Büşra Zeynep Özdemir, Qətərin təbii qaz baxımından çox əhəmiyyətli bir ölkə olduğunu ifadə edərək, kiçik ərazisinə baxmayaraq, Rusiyadan sonra təxminən 25 trilyon kubmetrlə dünyada təsdiqlənmiş üçüncü ən böyük təbii qaz ehtiyatına sahib olduğunu qeyd edib.
"Suriyada sabit rejim qurulduqdan sonra indiki konyuktura davam edərsə, layihənin bölgədə heç bir siyasi maneə ilə üzləşməyəcəyini söyləmək olar”,- deyə Zeynep Özdemir bildirib.
Qətərdən Türkiyəyə xəttin çəkilməsinin baha başa gəldiyinə diqqət çəkərək, bu nöqtədə beynəlxalq bazarlarda təbii qaz qiymətlərinin və alış öhdəliyinin kritik əhəmiyyət daşıdığını söyləyib.
Kolumbiya Universitetinin Qlobal Enerji Siyasəti Mərkəzinin eksperti Anne-Sofi Korbeau da qeyd edib ki, sözügedən boru kəməri çox uzundur və alıcılar uzunmüddətli öhdəliklər götürməlidirlər.