Son dəqiqə

Qətər

Bakıda Qətər Milli Günü qeyd olunub

Bakı, TurkicWorld

Bu gün Bakıda Qətər Milli Günü qeyd olunub.

TurkicWorld ArabAZ xəbər verir ki, tədbirdə Qətər Dövlətinin Azərbaycandakı Fövqaladə və Səlahiyyətli səfiri Məhəmməd Həməd Səad Əl-Fuheyd Əl-Haciri, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri və digər qonaqlar iştirak edib.

Tədbirdə çıxış edən Qətər Dövlətinin səfiri Azərbaycan-Qətər münasibətlərinə toxunaraq, bu münasibətlərin artan xətt üzrə inkişaf etdiyini bildirib.

Səfir eyni zamanda ölkəsində olan dinamik inkişafın əhəmiyyətini dilə gətirərək, bütün bunların Qətər Dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Taninin rəhbərliyi altında olduğunu vurğulayıb.

O qedy edib ki, Qətər dövləti qonşu və qardaş dövlətlərə əlaqələrinə ciddi önəm verir və onların dərinləşməsində olduqca maraqlıdır.

“Azərbaycan qədim tarixə və mədəni irsə sahib olan qardaş ölkədir.Prezident İlham Əliyevin idarəçiliyi ilə qardaş Azərbaycan ilə əlaqələrimizi, siyasi, iqtisadi və digər bütün sahələrdə inkişaf etdiririk. Eyni zamanda Azərbaycanı COP29 kimi, dünya üçün əhəmiyyətli olan mötərbər tədbiri olduqca uğurlu şəkildə həyata keçirdiyi üçün təbrik edirik ”- deyə qətərli diplomat bildirib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev da öz növbəsində Qətərinə Azərbaycan dövlətinin təbriklərini çatdırırb.

Nazir qeyd edib ki, təsis edildiyi gündən etibarən Qətər dövləti böyük inkişaf yolu keçib və hal hazırda Qətər dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Taninin rəhbərliyi altında dinamik inkişaf edir.

“Qətərin beynəxalq tədbirlərə və plarformala evsahiblyi etməsi bu ölkənin regional və qlobal nüfuzunun artmasına xidmət edir”-deyə nazir Babayev bildirib.

Qeyd edək ki, Qətər xalqının milli həmrəyliyinin bayram edildiyi bu gün 2007-ci il iyunun 21-də vəliəhd şahzadə Təmim bin Həməd Al Taninin sərəncamı ilə təsis olunub.

Qətər ilə Azərbaycan arasında diplomatik əlaqələr 1994-cü il sentyabrın 14-də yaradılıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü il noyabrın 30-da Qətərə və Qətər Əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin Azərbaycana rəsmi səfərlərindən sonra diplomatik nümayəndəliklərin açılması ikitərəfli əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcı olub.

2007-ci ildə Azərbaycanın Dohada, Qətərin isə Bakıda səfirlikləri fəaliyyətə başlayıb. Məhz bundan sonra ikitərəfli münasibətlərin inkişafında intibah dövrü yeni fazaya qədəm qoyub.

Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında diplomatik əlaqələrin yaradılmasından sonra bir çox sahələrdə olduğu kimi iqtisadi sahədə də əməkdaşlığın əsası qoyulmuş və inkişaf etməyə başlamışdır.

2016-cı ildə Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiya yaradılmışdır. Komissiyanın birinci iclası 31 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasında keçirilmişdir. 20 fevral 2019-cu il tarixində Doha şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın ikinci iclası keçirilmişdir.

30 noyabr 2004-cü il tarixində Doha şəhərində “Azərbaycan Respublikası Hökuməti və Qatar Dövləti Hökuməti arasında mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq haqqında Saziş”, 27 fevral 2017-ci il tarixində isə “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanmışdır.

6-11 iyun 2009-cu il tarixində ilk dəfə olaraq Azərbaycan Respublikasında Qətər Mədəniyyət Günləri keçirilmişdir. Mədəniyyət, İncəsənət və İrs üzrə Qətər Milli Şurasının Baş katibi Mubarak bin Nasir Al Xəlifənin rəhbərliyi ilə mədəniyyət xadimləri və incəsənət təmsilçilərindən ibarət 58 nəfərlik Qətər nümayəndə heyəti qeyd edilən tədbirdə iştirak etmişdir.

Mövzuya görə xəbərlər