Son dəqiqə

ABŞ Entoni Blinken Türkiyə xarici işlər nazirliyi Hakan Fidan Qəzza

Hakan Fidan Blinkenlə Qəzzadakı vəziyyəti müzakirə edib

Bakı. TurkicWorld:

Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə diplomatik mənbələri məlumat yayıb.

Məlumata əsasən, danışıqlar zamanı Qəzzadakı son hadisələr və Ukraynadakı vəziyyət müzakirə edilib.

Qəzzaya humanitar yardımların çatması qarşısındakı maneələrin aradan qaldırılması lazım olduğunu vurğulayan nazir Fidan İsrailin Rəfaha hücumunun qəbuledilməz olduğunu bildirib.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 35 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Mövzuya görə xəbərlər