Bakı,TurkicWorld
Yaponiya və ABŞ hökumətləri "PAC-3" raketlərinin sonradan ABŞ-yə ixracı üçün Yaponiya ərazisində istehsalını intensivləşdirmək qərarına gəliblər.
TurkicWorld -in məlumatına görə, bu barədə "Yomiuri" qəzeti xəbər verib.
Məlumata əsasən, xarici siyasət və müdafiə nazirliklərinin rəhbərləri arasında iyulun 28-də "iki üstəgəl iki" formatında keçiriləcək danışıqların yekunlarına əsasən müvafiq sazişin rəsmi elan edilməsi planlaşdırılır.
Yaponiya tərəfinə "AMRAAM" raketlərinin istehsalı üçün lisenziyanın verilməsi variantı da nəzərdən keçirilir.