Bakı, TurkicWorld
Şimali Koreya reaktiv yaylım atəşi sistemlərinin istifadə olunduğu və düşmən hədəflərinə nüvə əks-hücumunun həyata keçirildiyi təlim təşkil edib.
TurkicWorld xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi məlumat verib.
Məlumata əsasən, təlim ölkə lideri Kim Çen İnin nəzarəti altında həyata keçirilib.
Təlim nəticəsində Şimali Koreyanın bütün nüvə qüvvələrinin komandanlıq, idarəetmə, nəzarət və əməliyyat sisteminin etibarlı olduğu təsdiqlənib.