Son dəqiqə

Şimali Koreya Kim Çen In

Şimali Koreya yeni hipersonik ballistik raketi sınaqdan keçirib

Bakı. TurkicWorld:

Şimali Koreya hipersonik döyüş başlığı ilə təchiz edilmiş yeni orta mənzilli ballistik raketi (IRBM) Hwasongpho-16B-ni sınaqdan keçirib.

TurkicWorld xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Məlumata əsasən, Şimali Koreya lideri Kim Çen In yeni raketin sınaq buraxılışına şəxsən rəhbərlik edib. 1000 kilometr məsafə qət edən yeni raket, 72,3 kilometr hündürlükdə enmədən 101,1 kilometr maksimum hündürlüyə çatıb.

Bundan əlavə, sınaq atəşi bütövlükdə yeni tipli orta mənzilli hipersonik raketin dizayn edilmiş texniki xüsusiyyətlərini təsdiqləmək və bu silah sisteminin etibarlılığını yoxlamaq məqsədi daşıyıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər