Biz Fələstin dövlətini tanımaq barədə düşünürük - İngiltərə XİN

Biz Fələstin dövlətini tanımaq barədə düşünürük - İngiltərə XİN

Bakı. TurkicWorld:

Biz Fələstin dövlətini tanımaq barədə düşünürük.

TurkicWorld-un məlumatına görə, bu sözləri İngiltərə Xarici İşlər Naziri Devid Kemeron deyib.

"Fələstin xalqına iki dövlətli həll yoluna doğru irəlilədiyini göstərmək lazımdır. Əgər bu baş verərsə, müttəfiqlərimizlə və Birləşmiş Millətlər Təşkilatı ilə birlikdə Fələstin dövlətinin tanınması məsələsinə baxacağıq. Bu, bu prosesi dönməz hala gətirən amillərdən biri ola bilər. Son 30 il İsrail üçün uğursuzluq hekayəsidir",- deyə o bildirib.

Xarici işlər naziri, həmçinin İsraili Qəzzaya daha çox humanitar yardımın göndərilməsinə icazə verməyə çağırıb və həyati əhəmiyyətli yardımın sərhədə geri göndərilməsinin “gülünc” olduğunu bildirib.

Kemeron deyib ki, son 30 il İsrail üçün uğursuzluq hekayəsi olub, çünki İsrail öz vətəndaşlarının təhlükəsizliyini təmin edə bilməyib. O bildirib ki, yalnız bu uğursuzluğu dərk etməklə sülh və tərəqqiyə nail olmaq olar.

Aytac Süleymanova

Twitter: a_alieva_