Ukraynalı pilotlar gələn ay “F-16” ları idarə etmək üçün təlimlərə başlayacaqlar

Ukraynalı pilotlar gələn ay “F-16” ları idarə etmək üçün təlimlərə başlayacaqlar

Bakı. TurkicWorld:

Pentaqon sentyabrda ABŞ-də ukraynalı pilotlara “F-16” qırıcılarını idarə etmək üçün təlim keçməyə başlamaq niyyətində olduğunu açıqlayıb.

TurkicWorld-un məlumatına görə, bu barədə “The New York Times” ABŞ hakimiyyətinin adının açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.

“Pentaqonda gələn ay ABŞ-də ukraynalı pilotlara “F-16” qırıcıları üzərində təlim keçmək planlaşdırılır”, - deyə qəzet yazır.

Mənbə qeyd edib ki, pilotlar əvvəlcə Texasda ingilis dili təlimi keçəcək, sonra Arizonada aylarla uçuş hazırlığına başlayacaqlar.

Ötən həftə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib ki, ABŞ ukraynalı pilotların təlimindən sonra “F-16”ların üçüncü ölkələrdən Ukraynaya verilməsini təsdiqləməyə hazırdır.