BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Ukraynanın paytaxtı Kiyevdə elektrik təchizatı dayandırılıb.
TurkicWorld bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Bundan əvvəl Rusiya Silahlı Qüvvələrinin (RSQ) Kiyev və vilayət ərazisində energetika obyektlərinə hücumu barədə məlumat yayılmışdı.
Ümumilikdə Kiyevdə kritik infrastrukturun 7 obyekti hədəfə alınıb. Rusiya ordusu hücumları “Kinjal” və “Kalibr” raketlərindən istifadə olunmaqla həyata keçirilib. Zərbələrdən sonra şəhərin müxtəlif rayonlarında elektrik enerjisinin verilməsində fasilələr müşahidə olunub. Zərbələr nəticəsində şəhərin bir çox rayonlarında çoxmərtəbəli binalara düşən mərmilərdən yanğınlar meydana gəlib.
Həmçinin bildirilir ki, son hücumlardan sonra, paytaxtın üçdə biri istilik təchizatından məhrum olub.







