Ukrayna Rusiya Ukrayna müharibəsi Rusiya Ukrayna danışıqları Rusiya Ukrayna sülh təşəbbüsü Tramp Rusiya Ukrayna müharibəsi və ABŞ Rusiya Ukrayna münaqişəsi üzrə baza sənədini müzakirə etməyə hazırdır Rusiya Ukrayna ilə bağlı danışıqlara qayıtmaq şərtini açıqladı Rusiya–Ukrayna sülhü və Qəzza mövzusu – Fidanın gündəmində nələr var? Rusiya–Ukrayna müharibəsində könüllülər

Zelenski ABŞ Prezidenti Trampla görüşmək üçün razılıq əldə etdiklərini açıqlayıb

BAKI, TurkicWorld, Nailə Babazadə

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, yaxın gələcəkdə ABŞ Prezidenti Donald Tramp ilə görüşmək üçün ABŞ tərəfi ilə razılığa gəliblər.

TurkicWorld xəbər verir ki, Zelenski sosial media hesabında yazıb ki, Ukrayna-Rusiya münaqişəsini sona çatdırmaq üçün hazırladıqları sülh planı üzərində işlər davam edir.

Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovun ABŞ tərəfi ilə aparılan danışıqları davam etdirdiyini bildirib.

"Umerov, son görüşlər haqqında məlumat verdi. Bir gün belə itirmirik. Yaxın gələcəkdə Prezident Tramp ilə ən yüksək səviyyədə görüş keçiriləcək. Yeni ilə qədər bir çox məsələlər həll edilə bilər." - deyə Zelenski qeyd edib.

Mövzuya görə xəbərlər