Kim kimdir?

Ajda Pekkan kimdir?

Bakı. TurkicWorld:

Tam adı Ayşe Ajda Pekkan olan sənətçi 12 fevral 1946-cı ildə Türkiyənin İstanbul şəhərində anadan olub. Atası Rıdvan Pekkan dəniz komandiri, anası Nevin Dobruca evdar qadın olub. Atasının vəzifəsinə görə uşaqlığı Gölcük rayonunda, Amerika əsgərlərinin ailələri arasında keçib. Modern mühitdə, lakin ailə problemləri ilə keçən uşaqlıq illəri Ajda Pekkanın gəncliyinə təsir edən mühüm dövr olub.

Müğənni olmağa çox həvəsli olan, Çamlıca Qız Liseyində oxuyan Ajda Pekkan 1962-ci ildə bacısı Semiramisin dəstəyi ilə dövrün ən məşhur gecə klubunun sahibi İlham Gencerlə tanış olub. O, ilk dəfə Roof gecə klubunda Los Çatikos ansamblının müşayiəti ilə Mina Mazinin "Il Cielo In Una Stanza" mahnısını oxuyaraq bir müddət səhnədə yer alıb. 1963-cü ildə ailə dostlarının təşviqi ilə “Səs” jurnalının filmlərə yeni üzlər qazandırması üçün başlatdığı müsabiqəyə qatılıb. Müsabiqədə birinci seçilməsi ilə Ajda Pekkanın peşəkar karyerası başlayıb.

Avropalılara bənzər görünüşü və cəsarətli davranışı ilə Ajda Pekkan gələn film təkliflərini dəyərləndirməyə başlayıb və 1963-cü ildə “Adanalı Tayfur” filmi ilə ilk dəfə kamera qarşısına çıxıb. Sənətçi ümumilikdə 47 filmdə yer alıb.

O, hələ filmlərə çəkilməzdən əvvəl xarici mahnılara türkcə sözlər yazan bəstəkar Fecri Ebcioğlu ilə tanış olub və müğənni olması üçün ondan kömək istəyib. O, Fecri Ebcioğlunun dəstəyi ilə Salvatore Adamonun mahnılarını fransız aksenti ilə oxuyaraq tanınmağa başlayıb və 1965-ci ildə "Her Yerde Kar Var /" 17 Yaşında” ilk albomu işıq üzü görüb. Səhnədən kinoya keçən sənətçilərin əksinə, kinodan səhnəyə keçən Ajda Pekkan "İki Yabancı" albomu ilə satış rekordu qırıb. Bundan əlavə, ard-arda “Dünya Dönüyor”, “Saklanbaç”, “Üç Kalp” kimi sevilən albomlar çıxarıb.

Bu kimi nailiyyətlərindən sonra xarici ölkələrdən dəvətlər almağa başlayıb. 1968-ci ildə Afinada keçirilən Beynəlxalq Apollonia Musiqi Festivalında "Özleyiş" və "Perhaps One Day" mahnıları ilə ard-arda iki dəfə dördüncü yeri tutması onun musiqi sahəsindəki rolunu gücləndirib.

Ajda Pekkan Barselonada keçirilən Akdeniz Musiqiləri Festivalında Türkiyəni "Ve Ben Şimdi" mahnısı ilə təmsil edib və bu musiqilər bir çox filmdə istifadə edilməyə başlayıb. Bununla da Ajda Pekkan ölkənin tanınmış müğənnilərindən birinə çevrilib.

Hər ölkədən sənətçilər seçən və dəstək olan Fransanın Philips şirkəti Türkiyədən Ajda Pekkanı seçib. Türk bəstəkar Fikrət Şeneşin yazdığı və Fransa studiyalarında lentə alınan mahnıları ilə Ajda Pekkanın digər müğənnilərdən bir addım önə çıxdığı illər başlayıb.

Ard-arda hit albomlar çıxaran Ajda Pekkan təkcə musiqiləri ilə deyil, dəbli geyimi, daim görünüşündə etdiyi yeniliklərlə modada da pərəstişkarlarını heyran edən ikonaya çevrilib.

1970-ci illərin ortalarında “Sensiz Yıllarda", "Yalnızlıktan Bezdim " kimi səsləndirdiyi musiqilərin, "Tanrı Misafiri", "Kimler Geldi Kimler Geçdi" kimi mahnılarının ardından, 1976-cı ildə Parisdəki məşhur Olimpia musiqi zalında Əlcəzair əsilli məşhur fransız müğənnisi Enriko Macias ilə birlikdə konsertlər verməyə başlayıb.

O, 1977-ci ildə ilk dəfə “Superstar” titulunu rəsmiləşdirərək möhtəşəm üz qabığı dizaynı ilə "Kim Ne Derse Desin" və "Hancı" kimi mahnıların yer aldığı "Superstar" albomunu hazırlayıb.

Onun mahnılarından fon musiqisi kimi təkcə türk kinolarında deyil, xarici ölkələrin kinolarında da istifadə olunub.

Ajda Pekkan 1990-cı ildə “Ən yaxşı qadın musiqiçi”, 2012-ci ildə “Ən yaxşı albom”, “Ən yaxşı musiqi” kimi mükafatlara layiq görülüb.

Albomlar:

1968: Ajda Pekkan

1972: Ajda Pekkan Vol. III

1975: Ajda

1977: Süperstar

1978: Pour Lui

1979: Süperstar II

1981: Sen Mutlu Ol

1982: Sevdim Seni

1983: Süperstar III

1987: Süperstar IV

1989: Unutulmayanlar

1990: Ajda 1990

1991: Seni Seçtim

1992: Hoşgör Sen

1993: Ajda 93

2000: Diva

2006: Cool Kadın

2008: Aynen Öyle

Filmoqrafiya:

1963 - Şıpsevdi

1963 - Kendini Arayan Adam

1963 - Adanalı Tayfur

1963 - Şaşkın Baba

1964 - Çanakkale Aslanları

1964 - Avare

1964 - Sokakların Kanunu

1965 - Artık Düşman Değiliz

1965 - Yabancı Olduk Şimdi

1966 - Ümit Sokağı

1966 - Dağda Silah Konuşur

1967 - Harun Reşid'in Gözdesi

1968 - Kalbimdeki Yabancı

2002 - Şöhret Sandalı

Mövzuya görə xəbərlər