Son dəqiqə

İran ABŞ neft Brent WTI Enerji resursları Yaxın Şərq Qlobal maliyyə bazarları İqtisadiyyat Neft Qiymətləri

Neft qiymətlərində sürətli korreksiya qeydə alındı

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Neft qiymətləri ABŞ–İran razılaşmasının cümə günü rəsmi imzalanacağı gözləntisi fonunda kəskin şəkildə ucuzlaşıb.

TurkicWorld xəbər verir ki, beynəlxalq bazarlarda neft 4 faizədək dəyər itirib və son üç ayın ən aşağı səviyyəsinə düşüb.

Məlumata görə, Brent markalı neftin fyuçersləri 3,29 dollar və ya 4 faiz azalaraq bir barel üçün 79,88 dollar təşkil edib.

ABŞ-ın West Texas Intermediate (WTI) markalı nefti isə 3,82 dollar və ya 4,7 faiz ucuzlaşaraq 76,93 dollar səviyyəsinə enib.

Reuters-in məlumatına əsasən, münaqişə başlamazdan əvvəl – 28 fevraldan öncə – hər iki əsas göstərici 65–70 dollar aralığında ticarət olunurdu.

Analitiklər qiymətlərin enməsini bazarlarda geosiyasi risklərin azalması və təklif sabitliyinə dair gözləntilərlə izah edirlər.

Mövzuya görə xəbərlər