Son dəqiqə

Türkiyə Belçika Paris Havelsan Türkiyə silah sənayesi texnologiya Əməkdaşlıq müdafiə sənayesi Eurosatory Euramec

Belçika və Türkiyə müdafiə şirkətləri arasında əməkdaşlıq sazişi imzalanıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Belçikanın Euramec şirkəti ilə Türkiyənin HAVELSAN müdafiə sənayesi şirkəti arasında əməkdaşlıq sazişi imzalanıb.

TurkicWorld xəbər verir ki, razılaşma Parisdə keçirilən beynəlxalq müdafiə sənayesi sərgisi çərçivəsində baş tutub.

Belçikanın müdafiə naziri Teo Franken “X” platformasında etdiyi paylaşımda Euramec və HAVELSAN arasında imzalanan sazişi müsbət qiymətləndirib.

Nazir bildirib ki, bu tərəfdaşlıq Belçika şirkəti üçün Türkiyənin sürətlə inkişaf edən və strateji əhəmiyyət daşıyan müdafiə bazarında yeni imkanlar açır.

Euramec şirkəti Belçikanın Hamme şəhərində yerləşir və uçuş simulyasiya sistemləri sahəsində ixtisaslaşıb.

Saziş “Eurosatory 2026” beynəlxalq müdafiə sərgisi çərçivəsində elan olunub. Sərgi dünya üzrə aparıcı müdafiə sənayesi şirkətlərini və nümayəndə heyətlərini bir araya gətirir.

Mövzuya görə xəbərlər