Son dəqiqə

texnologiya

Bir neçə ölkə və texnologiya şirkətləri süni intellekt təhlükəsizliyi ilə bağlı bəyannamə imzalayıblar

Bakı,TurkicWorld

Bir sıra ölkələr, eləcə də "Anthropic", "Microsoft" və "OpenAI" kimi texnologiya şirkətləri süni intellektin təhlükəsizliyi və etibarlılığının təmin edilməsinə dair ortaq bəyannamə imzalayıblar.

Kanada Nazirlər Kabinetinin açıqlamasına görə, bəyannamə"Paris Süni İntellekt Təhlükəsizliyi və Mühafizə Çağırışı" adlanır.

Açıqlamada noyabrın 9-da Bəhreyn, Kanada, Finlandiya, Fransa, Norveç, Niderlandın dövlət və hökumət başçıları ilə yanaşı, "Anthropic", "Black Forest Labs", "Cohere", "Domyn", "Hugging Face", "Microsoft", "Mistral AI", "OpenAI", "Sakana AI" və "Synthesia"nın baş direktorlarının sözügedən bəyannaməni imzaladıqları bildirilib.

Vətəndaş cəmiyyəti təşkilatları "LawZero", "SaferAI", "AI Safety Connect" və "Ifri"nin də sənədi imzalayanlar arasında yer aldığı qeyd edilən açıqlamada bəyannamənin yeni tərəflərin qoşulmasına açıq olduğu və yenilənməyə davam edəcəyi vurğulanıb.

Sözügedən bəyannamədə süni intellektin məsuliyyətli şəkildə inkişaf etdirilməsi və etibarlı süni intellekt sistemlərinin mənimsənilməsinin ölkələr üçün iqtisadi, elmi və sosial tərəqqini sürətləndirəcək misli görünməmiş imkanlar yaratdığı diqqətə çatdırılıb.

Süni intellektin daşıdığı imkanlar ilə bərabər gətirdiyi risklərin də qlobal olduğuna işarə edilən bəyannamədə vətəndaşları, müəssisələri və qurumları qorumağın, eyni zamanda tədqiqat, innovasiya və bu texnologiyaların geniş şəkildə mənimsənilməsi üçün əlverişli mühiti təşviq etməyin kollektiv məsuliyyət olduğu qeyd edilib.

Bəyannamədə dövlətlərin və şirkətlərin riskləri təkbaşına idarə edə bilməyəcəyi vurğulanaraq, bu kontekstdə siyasətçilərin, tədqiqatçıların və süni intellekt şirkətlərinin davam edən səylərinin konkret əməkdaşlıq üçün zəmin yaratdığı bildirilib.

Bu çərçivədə qabaqcıl süni intellekt modellərinin qiymətləndirilməsi və risklərin idarə edilməsi üçün ortaq çərçivənin qurulması, süni intellekt ekosistemindəki bütün aktorların məsuliyyət və hesabatlılıq prinsiplərinə sadiq qalması, eləcə də məlumat mübadiləsi və erkən xəbərdarlıq sistemlərinin inkişaf etdirilməsi öhdəliyi götürülüb.

Mövzuya görə xəbərlər