BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrailin İranla apardığı müharibə Benyamin Netanyahu üçün ciddi siyasi nəticələr yarada bilər.
TurkicWorld xəbər verir ki, bu barədə İsrailin “Haaretz” nəşrinin baş məqaləsində qeyd olunub.
Məqalədə bildirilir ki, üç aydan artıq davam edən və dalğalı şəkildə irəliləyən müharibə İsrailin əsas müttəfiqi olan ABŞ-nin vasitəçiliyi ilə müvəqqəti razılaşma ilə nəticələnib.
Qeyd olunur ki, bu prosesdə İsrailin birbaşa iştirakı görünməyib və bu da Təl-Əvivdə narazılıq yaradıb.
Nəşrin yazdığına görə, İranın dövlət sistemi İsrailin uzun illərdir “ekzistensial təhdid” kimi təqdim etdiyi halda hələ də mövcuddur və Hörmüz boğazı üzərindəki təsiri ilə əvvəlkindən daha güclü görünə bilər.
Məqalədə həmçinin İsrailin Livandakı hərbi əməliyyatlarının gələcəyi də sual altına alınıb.
Bildirilir ki, Hizbullahla qarşıdurma fonunda aparılan əməliyyatlar ABŞ–İran razılaşması ilə yeni diplomatik məhdudiyyətlərlə üzləşə bilər.







