Bakı. TurkicWorld:
Qanuni Sultan Süleyman və Hürrəm Sultanın yeganə qızı olan Mihrimah Sultan 1522-ci ilin mart ayının 21-i Osmanlı dövlətinin İstanbul şəhərində yerləşən Topqapı sarayında dünyaya göz açıb.
Qanuni Süleyman Mihrimah Sultanı çox sevirdi və onun bütün arzularını yerinə yetirirdi. Mihrimah Sultan çox gözəl tərbiyə və yaxşı təhsil alıb.
1539-cu ildə 17 yaşında Osmanlı Dövlətinin məhşur memarı Memar Sinan və Diyarbəkir valisi Rüstəm Paşadan evlilik təklifi alıb.
Rüstəm Paşa (Topal Rüstəm) ilə evlənən sultanın toy mərasimi At Meydanında (indiki Sultanəhməd meydanı) böyük ziyafətlərlə qeyd olunub.
Rüstəm Paşa bu evlilikdən sonra baş vəzir olmuş və 1544-1561-ci illər arasında 2 il istisna olmaqla, fasiləsiz olaraq sədrəzəmlik edib.
Mihrimah Sultan ömrü boyu dövlət işlərində böyük söz sahibi olub. Deyilənə görə, o, hətta atasını Maltayaya səfər təşkil etməyə razı salmaq üçün öz pulu ilə 400 gəmi tikdirəcəyinə söz verib.
Onun böyük sərvəti var idi. Memar Sinana 1540-1548-ci illər arasında İstanbulun Üsküdar səmtində Üsküdar İskele məscidi, mədrəsə, ibtidai məktəb və xəstəxanadan ibarət böyük bir kompleks, 1562-1565-ci illərdə isə yenə Memar Sinana, Mihrimah Sultan məscidi, çeşmə, hamam və İstanbulun Ədirnekapı məhəlləsində mədrəsə tikdirmişdir.
Mihrimah günəş və ay deməkdir. Ay məscidin iki minarəsi arasında doğduğu halda, onun yanındakı məscidin iki minarəsi arasında da günəş doğar. Mihrimah Sultan Məscidini tikərkən Memar Sinanın şüurlu şəkildə bunu layihələndirdiyi irəli sürülüb.
1558-ci ildə anası vəfat etdikdən sonra o, anasının etdiyi kimi atasının məsləhətçisi olmağa davm edib.
1566-cı ildə atası vəfat etdikdən sonra isə o, qardaşı II Sultan Səlimin hakimiyyəti boyu məsləhətçiliyini davam etdirib.
Anası Hürrəm Sultanın vəfatından sonra demək olar ki, qardaşı üçün Validə Sultan rolunu oynayırdı. Ayşe Hümaşah Sultan, Murad bəy və Mehmed bəy adlı 3 övladı olub.
Mihrimah Sultan 1578-ci il yanvarın 25-də İstanbulda vəfat edib.