Səudiyyə Ərəbistanı və Özbəkistan diplomatık əlaqələri genişləndirir

Səudiyyə Ərəbistanı və Özbəkistan diplomatık əlaqələri genişləndirir

Bakı. TurkicWorld:

Səudiyyə Ərəbistanı və Özbəkistan diplomatık əlaqələri genişləndirir.

TurkicWorld xəbər verir ki, Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan bin Abdullah bazar ertəsi Daşkənddə keçirilən Körfəz Əməkdaşlıq Şurası-Mərkəzi Asiya Strateji Dialoq nazirlərinin ikinci iclası çərçivəsində özbəkistanlı həmkarı Bəxtiyar Səidov ilə görüşüb.

Nazirlər arasında görüşün əsas nəticəsi diplomatik və xüsusi pasport sahiblərinin qarşılıqlı vizadan azad edilməsi haqqında sazişin imzalanması olub.

Müzakirələr geniş mövzuları əhatə edib və Səudiyyə-Özbəkistan münasibətlərinin hazırkı vəziyyəti və qarşılıqlı maraq doğuran məsələlər üzrə gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Tasnem Ismukhan