Son dəqiqə

Qazaxıstan Özbəkistan

Qazaxıstan və Özbəkistan baş nazirləri əməkdaşlığın inkişaf etdirilməsini müzakirə ediblər

Bakı,TurkicWorld

Qazaxıstan və Özbəkistanın baş nazirləri Oljas Bektenov və Abdulla Aripov Qazaxıstanın Almatı şəhərində ikitərəfli hökumətlərarası komissiyanın 21-ci iclasını keçiriblər.

TurkicWorld xəbər verir ki, görüşdə ticarət-iqtisadi, investisiya, su və enerji əməkdaşlığının, o cümlədən nəqliyyat, sənaye, kənd təsərrüfatı, ekologiya və rəqəmsallaşma sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsinə yönəlmiş layihələrin vəziyyəti müzakirə edilib.

Qazaxıstan və Özbəkistan Mərkəzi Asiyanın ümumi ticarətinin 57%-ni təşkil edir. Ötən il iki ölkə arasında 4,5 milyard ABŞ dolları, bu ilin dörd ayında isə 1,2 milyard dollar dəyərində ticarət həyata keçirilib.

Həmçinin görüşdə su sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi yollarına, xüsusilə supaylayıcı qurğuların rəqəmsallaşdırılması və avtomatlaşdırılmasına toxunulub.

“Dövlət başçılarımız qarşılıqlı ticarətin həcmini 10 milyard ABŞ dollarına çatdırmağı hədəfləyiblər. Bu baxımdan ölkəmiz aqrar-sənaye kompleksi və yeyinti sənayesi sahələrində əməkdaşlığın genişləndirilməsində, o cümlədən sənaye kooperasiyasının keyfiyyətinin yüksəldilməsində maraqlıdır”, – deyə Bektenov bildirib.

“Tərəfdaşlığın belə yüksək səviyyədə olmasının əsas səbəbi dövlətlərimizin başçıları arasında dostluq və etimada əsaslanan münasibətlərdir. Əminəm ki, bugünkü görüş və əldə olunmuş razılaşmalar əməkdaşlığımıza müsbət təkan verəcək”, – deyə Aripov vurğulayıb.

Mövzuya görə xəbərlər