Bakı, TurkicWorld
Səudiyyə Ərəbistanı və Amerika Birləşmiş Ştatları kosmosdan dinc məqsədlərlə istifadə etmək üçün strateji əməkdaşlıq haqqında saziş imzalayıblar.
TurkicWorld xəbər verir ki, saziş kosmik və elmi kəşfiyyat sahəsində əməkdaşlığın genişləndirilməsi, müxtəlif kommersiya fəaliyyətlərinə birgə investisiyaların artırılması, təcrübə mübadiləsi və birgə proqramların hazırlanmasına şərait yaradan hərtərəfli hüquqi bazanın təşkil edilməsi kimi bir neçə istiqaməti özündə ehtiva edir.
Sazişlə müəyyən edilmiş əməkdaşlıq sahələrinə kosmos, aeronavtika, kosmik missiyalar və təhsil daxildir.
Səudiyyə Kosmik Agentliyinin Direktorlar Şurasının sədri, Abdullah Əl-Savaha sazişin ölkənin güclü kosmik sektorunun qurulması yolunda dönüş nöqtəsi olduğunu bildirib.