Son dəqiqə

Almaniya Səudiyyə Ərəbistanı Lilium Jet

Səudiyyə Ərəbistanı Almaniyadan “uçan taksi” sifariş edib

Bakı, TurkicWorld

100 faiz elektriklə işləyən “uçan taksi” layihəsində ilk sifarişlərin 2026-cı ildə Səudiyyə Ərəbistanına çatdırılması planlaşdırılır.

TurkicWorld məlumat verir ki, bu barədə Almaniyada yerləşən Lilium Jet adlı şirkət açıqlama verib. Şirkət, cümə axşamı Səudiyyə hökumətinə bağlı hava yolu şirkəti olan Saudia Group-un 100 ədəd elektrikli uçan taksi almağa razılıq verdiyini bildirib.

Lilium, verilən sifarişlərdən 50-nin ilkin olaraq alınacağını, digər 50 sifariş üçün isə sonradan satın alma variantının olduğunu söyləyib.

Dörd-altı oturacaqla dizayn edilən avtomobillərdən birincisinin Səudiyyə invertarına 2026-cı ildə qoşulacağı gözlənilir.

Müqavilə Səudiyyə Ərəbistanı rəhbərlərinin Almaniyaya ziyarəti zamanı Lilium şirkətinin baş ofisinə səfəri əsnasında imzalanıb.

Lilium-un həmtəsisçisi olan Daniel Wiegand bildirir ki, digər variantlar da daxil olmaqla bütün sifarişin dəyəri təxminən 700 milyon dollar təşkil edir.

Səudiyyə Ərəbistanı bildirib ki, bu nəqliyyat vasitələrindən zəvvarları Məkkə və Ciddə arasında daşımaq və qonaqları paytaxt Ər-Riyaddakı turistik məkanlara, eləcə də böyük idman tədbirlərinə daşımaq üçün istifadə edilməsi planlaşdırılır.

Saudia Group-un marketinq üzrə meneceri Khaled Tash bildirib ki, onlar ilk 50 uçan taksinin hamısının 2029-cu ilə qədər təslim edilməsini gözləyirlər.

Şirkət 2030-cu ilə qədər illik sərnişin sayını üç dəfə artıraraq, 300 milyona çatdırmağı planlaşdırır.

Qeyd edək ki, turizm layihələri Səudiyyə Ərəbistanının iqtisadiyyatının neftdən olan asılılığını azaltmaq üçün hazırlanmış "Vision 2030" investisiya proqramının əsas hədəflərindən biridir.

Mövzuya görə xəbərlər