Son dəqiqə

Özbəkistan Qırğızıstan Sadır Japarov Şavkat Mirziyoyev

Sadır Japarov Özbəkistana rəsmi səfər edib

Bakı,TurkicWorld

Qırğızıstan prezidenti Sadır Japarov Daşkənddə Özbəkistan prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.

TurkicWorld xəbər verir ki, Japarovu hava limanında Mirzoyoyev qarşılayıb.

Rəsmi görüş mərasiminin sonunda Sadır Japarov və Şavkat Mirziyoyev ikili danışıqlara başlayıblar.

Səfər çərçivəsində ikitərəfli danışıqların aparılması, bir sıra ikitərəfli sənədlər imzalanması həmçinin bir sıra rəsmi tədbirlərin keçirilməsi planlaşdırılır.

Japarovun rəsmi səfəri ilə bağlı tədbirlər Daşkənd və Xivə şəhərlərində keçiriləcək.

Mövzuya görə xəbərlər