Son dəqiqə

ABŞ Səudiyyə Ərəbistanı

ABŞ Səudiyyəyə 2,8 milyard dollarlıq hərbi satış paketinə razılıq verib

Bakı, TurkicWorld

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına təxminən 2,8 milyard dollar dəyərində xarici hərbi satış paketini təsdiqləyib.

TurkicWorld xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) daxilində xarici silah satışına nəzarət edən Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyindən yazılı açıqlama verilib.

Açıqlamaya görə, Səudiyyə Ərəbistanına 2,8 milyard dollar dəyərində hərbi “sistem logistikası və texniki xidmət dəstəyi” elementlərini ehtiva edən satış paketi təsdiq edilib və lazımi sertifikat Konqresə verilib.

Təsdiqlənmiş bu satışın Körfəz Bölgəsində siyasi sabitlik və iqtisadi inkişafın gücünü təşkil edən müttəfiq ölkə Səudiyyə Ərəbistanının təhlükəsizliyini artıracağı və bunun da ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik hədəflərini dəstəkləyəcəyi bildirilib.

Açıqlamada təklif edilən satışın Səudiyyə Ərəbistanının mövcud və gələcək təhdidlərin qarşısını almaq qabiliyyətini artıracağına diqqət çəkilərək, satışa icazə verilən avadanlıq və dəstəyin bölgədəki əsas hərbi balansı dəyişməyəcəyi qeyd edilib.

Qeyd edək ki, 2021-ci ilin fevral ayında ABŞ-dakı Bayden administrasiyası Yəməndə zorakılığın azaldılmasına yönəlmiş yeni siyasətlərinə uyğun olaraq Səudiyyə Ərəbistanına hərbi texnika və silah satışına məhdudiyyətlər qoymağa qərar vermişdi.

Mövzuya görə xəbərlər