Türkiyənin ASELSAN şirkəti tərəfindən yeni inkişaf etdirilən, həm raket, həm də artilleriya komponentlərindən ibarət Nokta Hava Hücumundan Müdafiə (NHS) Sisteminin görüntülərini sosial mediada paylaşılıb.
TurkicWorld-un məlumatına görə, paylaşılan görüntülərdə hava hücumundan müdafiə sistemində həm hava hücumundan müdafiə raketləri, həm də hava hücumundan müdafiə artilleriyasının olduğu görülüb.
NHS Sistemində görülən raketlər TÜBİTAK-SAGE tərəfindən hazırlanmış Hava Nəzarət Raketinin (BVRAAM) qurudan atılan versiyasıdır.

Digər tərəfdən, sistemə ASELSAN tərəfindən hazırlanmış 80 kilometr mənzilli GÖKER 35 mm Çox Məqsədli Silah Sistemi və AKR Atəş Nəzarət Radarı da daxildir.
Bundan əlavə, NHS Sisteminin daşıyıcı elementi olan 8×8 vasitəsinin ətrafında olan hədəfi aşkar etməsi üçün AESA radarları ilə təchiz edilib.
NHS eynilə Avtonom HİSAR-A+ kimi 'avtonom' bir quruluşa malikdir.
Sistemin GÖKDOĞAN Raketləri ilə hava elementlərinə qarşı maksimum 30-40 kilometr təsirli mənzilə sahib olması gözlənilir.

Bununla yanaşı, NHS, tərkibində olan hava hücumundan müdafiə topu sayəsində çox alçaq hündürlükdə hava hədəflərinidə məhv edə biləcək.
Qeyd edək ki, Türkiyə NHS Sistemi ilə Rusiya Federasiyasının Pantsir Hava Hücumundan Müdafiə Sisteminə bənzər bir sistem hazırlamış olacaq.






