Son dəqiqə

Türkiyə Bolqarıstan Yunanıstan İstanbul Türkiyə Milli Müdafiə Nazirliyi Şimali Makedoniya SEEBRIG Qərargahı SEEBRIG

Türkiyə 2032-ci ilə qədər SEEBRIG Qərargahına ev sahibliyi edəcək

BAKI,TurkicWorld Orxan Qədirzadə

Türkiyə 2026-2032-ci illər ərzində Cənub-Şərqi Avropa Briqadasının (SEEBRIG) Qərargahına ikinci dəfə ev sahibliyi edəcək. Qərargah Şimali Makedoniyadan İstanbula köçürülüb.

Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Şimali Makedoniyanın Kumanovo şəhərində yerləşən SEEBRIG Qərargahına məxsus bütün texnika, avadanlıq və materiallar iyulun 19-21-də İstanbula daşınıb. Həmin tarixlərdə qərargah heyəti də mərhələli şəkildə Türkiyəyə gəlib və birlik avqustun 3-dən etibarən İstanbulda tam əməliyyat qabiliyyətinə çatıb.

Məlumata əsasən, qərargahda Türkiyə, Albaniya, Bolqarıstan, Yunanıstan, Rumıniya və Şimali Makedoniyadan ümumilikdə 28 əsas heyət üzvü xidmət edir. Onlardan 12-si Türkiyə Silahlı Qüvvələrinin, 16-sı isə digər iştirakçı ölkələrin hərbi qulluqçularıdır.

Nazirlik bildirib ki, qərargahın aktivləşdirilməsi, komandanlığın təhvil-təslim mərasimi və SEEBRIG-in yaradılmasının 27-ci ildönümü ilə bağlı tədbirlər avqustun 27-də İstanbulda keçiriləcək. Qərargah avqustun 31-dən etibarən rəsmi fəaliyyətə başlayacaq.

1999-cu ildə regionda sabitliyin möhkəmləndirilməsi, hərbi əməkdaşlığın və mehriban qonşuluq münasibətlərinin inkişaf etdirilməsi məqsədilə yaradılan SEEBRIG daha əvvəl 2007-2011-ci illərdə də Türkiyənin ev sahibliyi ilə fəaliyyət göstərib.

Yeni dövrdə qərargah İstanbulda yerləşən 3-cü Ordu Korpusunun Orgeneral Muharrem Mazlum İskora Qarnizonunda fəaliyyət göstərəcək

Mövzuya görə xəbərlər