BAYRAKTAR AKINCI TİHA raket atışı həyata keçirib

BAYRAKTAR AKINCI TİHA raket atışı həyata keçirib

Bakı. TurkicWorld:

Türkiyənin Baykar şirkəti tərəfindən istehsal edilən BAYRAKTAR AKINCI TİHA səsdən sürətli ballistik raket atışı həyata keçirib

Bu barədə TurkicWorld, Türkiyənin ilk milli SİHA-larını hazırlayan Baykarın rəsmi Twitter hesabına istinadən məlumat verir.

AKINCI 140 kilometr məsafədən Roketsan IHA230 Supersonik Ballistik Raketi ilə atış sınağını uğurla həyata keçirib.

Xatırladaq ki, ilk mühərrik inteqrasiya testini 1 sentyabr 2019-cu ildə tamamlayan "Akıncı" PUA-ları ilk uçuşunu 6 dekabr 2019-cu ildə uğurla həyata keçirib. "Akıncı" ilk uçuşundan təxminən 1,5 il sonra, 29 avqust 2021-ci ildə Türkiyə Hərbi Qüvvələrinin inventarına daxil olub.