Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsi yalan xəbərləri yayınlamamağa çağırıb

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsi yalan xəbərləri yayınlamamağa çağırıb

Bakı. TurkicWorld

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsi yalan xəbərləri yayınlamamağa çağırıb.

TurkicWorld-in məlumatına görə, idarədə buna qarşı "Dezinformasiyaya qarşı mübarizə şöbəsi" təsis edilib. Təsis edilən mərkəz gündəlik olaraq, Türkiyə, dünya KİV-lərində eləcə də, müxtəlif sosial şəbəkələrdə zəlzələ, onun fəsadları haqqında yalan xəbərləri toplayaraq ictimaiyyətə təqdim edirlər.

Mərkəz qəti olaraq aşağıdakı xəbərlərə inanmamağa və KİV-ləri bu kimi yalan xəbərləri yayınlamamağa çağırıb. Həqiqət kimi təqdim edilən əslində isə yalan olan xəbərlər bunlardır:
"İspaniya hərbçiləri Türkiyədə, İskenderun bölgəsində patrul xidməti göstərirlər"
"Hatayda bankomatlar talan edilərək yağmalanır"
"Zəlzələ zamanı dağılan binaların əksəriyyəti yenidir"

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.