Prezident Ərdoğanın rəhbərliyi ilə terrorla mübarizədə tarixi uğurlar əldə edilib - Fəxrəddin Altun

Prezident Ərdoğanın rəhbərliyi ilə terrorla mübarizədə tarixi uğurlar əldə edilib - Fəxrəddin Altun

Bakı TurkicWorld

Türkiyə bundan sonra terrorla mübarizədə heç vaxt güzəştə getməyəcək.

TurkicWorld xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

Altun bildirib ki, Türkiyə terror təşkilatlarına qarşı mübarizə apararaq milli təhlükəsizliyini gücləndirib.

“Ölkəmizi daxildə və xaricdə hədəf alan təhdidləri aradan qaldıraraq, PKK və onun Suriyadakı qolu PYD/YPG ilə mübarizəmizi davam etdiririk. İŞİD və FETÖ ilə mübarizəmizi də qətiyyətlə və gücümüzlə davam etdirəcəyik. Prezidentimizin rəhbərliyi ilə terrorla mübarizədə tarixi uğurlar əldə edildi. Türkiyə bundan sonra da mübarizəni davam etdirəcək və bu məsələdə heç bir şəkildə güzəştə getməyəcək”,- deyə Fəxrəddin Altun qeyd edib.

Mehriban Xəlilli

@MXalilbekova