Son dəqiqə

Rəcəb Tayyib Ərdoğan Ankara Türkiyə Prezident Administrasiyası Tehran Məsud Pezeşkian regional sabitlik siyasəti regional sabitlik

Ərdoğan Pezeşkiana telefon danışığında nələri təhlif edib?

BAKI,TurkicWorld, Nailə Babazadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Məsud Pezeşkian ilə telefon danışığı aparıb. Türkiyə Prezident Administrasiyasının yaydığı rəsmi məlumata görə, Ərdoğan regionda sabitliyin təmin olunması üçün diplomatik fürsətlərin vacibliyini vurğulayıb.

TurkicWorld xəbər verir ki, Prezident Ərdoğan danışıq zamanı qeyd edib ki, hazırda davam edən sülh danışıqlarından regionda daimi sülh və sabitliyə nail olmaq üçün maksimum dərəcədə istifadə edilməlidir.

Türkiyə lideri regionun gələcəyi üçün gərginliyin azaldılmasının və dialoqun davam etdirilməsinin zəruri olduğunu bildirib. Ərdoğan həmçinin vurğulayıb ki, Pakistanın vasitəçiliyi ilə əldə olunan atəşkəs və qarşıdakı İslamabad görüşü regionda uzunmüddətli sabitliyin bərqərar olması üçün mühüm bir platformadır.

Analitiklər bu telefon danışığını Ankara və Tehran arasında regional böhranların həlli istiqamətində koordinasiyanın gücləndirilməsi və Türkiyənin sülh prosesindəki dəstəkləyici rolunun nümayişi kimi qiymətləndirirlər.

Mövzuya görə xəbərlər