Bakı. TurkicWorld:
Avstriya kansleri Karl Nehammer 9-10 oktyabr tarixlərində Türkiyəyə rəsmi səfər edəcək.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.
"Keçiriləcək görüşlərdə Türkiyə ilə Avstriya arasında ikitərəfli münasibətlər nəzərdən keçiriləcək, əməkdaşlığın genişləndirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq. Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, aktual qlobal və regional problemlər ətrafında fikir mübadiləsi də nəzərdə tutulur", - deyə məlumatda qeyd edilib.
Ləman Əsədli
Twitter: Lamanasadli01