Son dəqiqə

TOBB Türkiyə Ticarət və Sənaye Palatası Türkiyədə qeydiyyata alınan Çin şirkətləri Çin şirkətlərinin məcmu kapitalı Çin şirkətlərinin ümumi kapitalı

Çin şirkətlərinin Türkiyəyə sərmayəsi 330 milyon lirəni ötüb (ÖZƏL)

BAKI,TurkicWorld Orxan Qədirzadə

2026-ci ilin yanvar-may ayında Türkiyədə Çin kapitalı ilə 74 şirkət qeydiyyata alınıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə fərqlənməyib.

Bu barədə VOA-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Çin şirkətlərinin məcmu kapitalı 301 milyon 332 min 812 türk lirəsi olduğu halda, 2025-ci ilin eyni dövründə bu rəqəm 330 milyon 405 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2026-cı ilin yanvar-may ayında Çin şirkətlərinin əksəriyyəti İstanbulda (50) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Çin şirkətlərinin ümumi kapitalı 177 milyon 972 min 812 türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2026-cı ilin yanvar-may ayında Türkiyədə Çin kapitalı ilə 39 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Mövzuya görə xəbərlər