Son dəqiqə

TOBB Türkiyə və ABŞ iqtisadi münasibətləri Türkiyə iqtisadiyyatı

ABŞ şirkətlərinin Türkiyəyə sərmayəsi 9 milyard lirəni ötüb (ÖZƏL)

BAKI,TurkicWorld Orxan Qədirzadə

2026-ci ilin yanvar-may ayında Türkiyədə ABŞ kapitalı ilə 31 şirkət qeydiyyata alınıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 şirkət çoxdur.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan ABŞ şirkətlərinin məcmu kapitalı 9 milyard 87 milyon 43 min 500 türk lirəsi olduğu halda, 2025-ci ilin eyni dövründə bu rəqəm 95 milyon 300 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2026-cı ilin yanvar-may ayında ABŞ şirkətlərinin əksəriyyəti İstanbulda (25) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən ABŞ şirkətlərinin ümumi kapitalı 9 milyard 75 milyon 743 min 500 türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2026-cı ilin yanvar-may ayında Türkiyədə ABŞ kapitalı ilə 9 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Mövzuya görə xəbərlər