Son dəqiqə

Türkiyə İran ABŞ Rəcəb Tayyib Ərdoğan Yaxın Şərq Məsud Pezeşkian Diplomatiya

Türkiyə İran–ABŞ razılaşmasını dəstəkləyib və sabotaj cəhdləri barədə xəbərdarlıq edib

BAKI,TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığında ABŞ–İran razılaşmasını müsbət qarşıladığını bildirib.

TurkicWorld xəbər verir ki, R.T.Ərdoğan Ankaranın bu razılaşmanı dəstəklədiyini və prosesin regional sabitlik üçün mühüm olduğunu qeyd edib.

O, eyni zamanda danışıqlara qarşı mümkün sabotaj cəhdlərinə qarşı diqqətli olmağın vacibliyini vurğulayıb.

Türkiyə Prezidenti bildirib ki, Ankara lazım olan hər cür dəstəyi göstərməyə hazırdır və diplomatik prosesin davamlı olması üçün səyləri dəstəkləyir.

Tərəflər telefon danışığında regiondakı son vəziyyəti də müzakirə ediblər.

Mövzuya görə xəbərlər